Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Binəqədidəki tikinti narazılığa səbəb oldu
Binəqədidəki tikinti narazılığa səbəb oldu4-03-2026, 16:33 |
|
Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində boş ərazi qanunsuz olaraq zəbt edilərək tikinti işləri aparılır. Bu barədə Tribuna.az-a qəsəbə sakinləri məlumat veriblər. Sakinlər bildirib ki, bir müddətdir başlayan tikinti ciddi narahatlıq yaradır. Bununla bağlı sakinlər aidiyyəti qurumlara müraciət etsələr də, heç bir tədbir görülmür. Qeyd edək ki, Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı isə Elxan Allahverdiyevdir. Məsələ ilə bağlı yazıda adı hallanan hər iki dövlət qurumu ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. Geri qayıt |