Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > "Bir nəfərdən üç nəfərlik iş tələb olunur..."

"Bir nəfərdən üç nəfərlik iş tələb olunur..."


23-03-2026, 07:35

Keçən günlərdə məlumat verərək bildirdik ki, SOCAR AzəriQaz İstehsalat Birliyinin işçiləri bayram günlərində öz hesablarına, yəni əlavə ödəniş edilmədən işə çağrılmalarını etirazla qarşılayıblar. "DİA-AZ" xəbər verir ki, bu məsələ Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabında da ciddi şəkildə müzakirə olunmaqdadır.

Əliyev Aydın adlı AzəriQaz işçisi belə yazır: "Bu sahədə işləyənlər çox yaxşı bilir ki, ərazidə 6–7 sayğac daşımaq nə qədər ağır və əziyyətli işdir. Çünki hər kəsin şəxsi avtomobili yoxdur. Olanlar üçün isə vəziyyət fərqli deyil, gün ərzində ən azı 10–15 manat benzin xərci çıxır. Ərazi genişdir, ünvanlar uzaqdır, bir abonenti tapıb sayğacı dəyişirsən, sonra digərini axtarırsan vaxt gedir, enerji tükənir.
Elə bu məqamda yeni tapşırıq gəlir: “sayğacı dayandır, yığım ilə məşğul ol”.
İndi təsəvvür edin: Bir tərəfdən fiziki yorğunluq, digər tərəfdən zehni gərginlik. İnsan bilmir ki, o fəhlədir, hambaldır, yoxsa nəzarətçi və ya pul yığandır.
Sanki bir nəfərdən üç nəfərlik iş tələb olunur..."

Bir başqa AzəriQaz işçisi isə belə qeyd edir: "Müqaviləli işçi? Müqavilə işçilərdən Qazi, Veteran qalmışdı deyəsən olara da xitam gəlmdi. Bəs görəsən Dost MMC olarnan maraqlandı?

Yaxşı bu çilingər... köməksiz vəziyyətdə hansı biri işi icra eləsin? Mənim yadıma gəlir: Yeni ilin səhəri günü işçilər ərazidə idi. Dəfələrlə rastlaşmışam istirahət günləri olmağına baxmayaraq çilingərlər iş başında olur..."
Məsələ diqqətimizdədir...

Geri qayıt