Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > "Əlilliyi olan işçiyə qarşı ayrı-seçkilik edirlər"

"Əlilliyi olan işçiyə qarşı ayrı-seçkilik edirlər"


26-03-2026, 09:51

"Azəriqaz” İstehsalat Birliyində çalışıram və əlilliyi olan şəxsəm..." "DİA-AZ" xəbər verir ki, bu barədə Neftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabında Zaman adlı "Azəriqaz" işçisi gileylənir.
Narazı vətəndaş daha sonra müraciətini belə davam etdirir: "Azərbaycan Respublikasının Prezidenti tərəfindən əlilliyi olan şəxslərə göstərilən xüsusi diqqət və qayğını nəzərə alaraq, onların sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun təmin olunması və cəmiyyətə inteqrasiyası istiqamətində mühüm addımlar atıldığı məlumdur.
Ancaq SOCAR Azəriqaz İB İnsan resursları departmentı və istedadların idarə olunması şöbəsi bizim hüquqları heçə sayır. Daxildən müraciət edirsən deyirlər, "dərəcə yoxdur"... "vakansiya yoxdur"... "siz vakansiya olanda portal vasitəsilə müraciət edin"... Müraciət edirsən, uyğunluq imtina verirlər. Bildiyiniz kimi keçən ildən artıq hansı qurum vakansiya verirsə, həm uyğunluğu həmin qurumun İnsan Resursları şöbəsi yoxlayır. Beləcə açıq şəkildə kim pul verirsə, işini görürlər. Tövsiyə etdikləri kimi vakansiya müraciət edirsən, yenə də nəzərə almırlar. Əlilliyi olan işçiyə ayrı-seçkilik edirlər.
Bildirirəm ki, ali təhsilim olmasına və hazırda ikinci ali təhsil almağıma baxmayaraq, daha yüksək vəzifələrə keçmək və eləcə də vəzifə üzrə daha yüksək dərəcə almaq məqsədilə dəfələrlə müraciətlər etmişəm. Lakin etdiyim müraciətlərə baxmayaraq, mənə nə vəzifə dəyişikliyi, nə də daha yüksək dərəcə verilməmişdir.
Hər dəfə mənə şablon cavabları verilmişdir, xahiş edirəm mənə qanuni müraciətimı rəsmi cavabları təqdim olunsun.
Eyni zamanda, daxili vakansiyalar üzrə müraciətlərim müxtəlif əsaslarla (təcrübə və ya uyğunluq göstərilərək) təmin olunmamış, mənə yalnız vakansiya əsasında müraciət etməyim bildirilsə də, faktiki olaraq müraciətlərim davamlı şəkildə imtina olunur. Halbuki təhsil daha aşağı səviyyədə olan və təcrübəsi həmən sahə ilə əlaqədar olmayan şəxslər işə qəbul olunur. Bu hal mənim karyera inkişafım üçün real imkanların yaradılmadığını göstərir.
Qeyd etmək istəyirəm ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Əlillər haqqında Qanununun 21-ci maddəsinə əsasən:
əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi və əmək hüquqlarının məhdudlaşdırılması qadağandır;
əlilliyi olan şəxsin səhhəti vəzifə öhdəliklərini yerinə yetirməyə mane olmadığı halda, onun işdə irəli çəkilməsindən imtina edilməsinə yol verilmir (21.3-cü maddə);
əlilliyi olan şəxslərin əmək hüquqları digər işçilərlə bərabər şəkildə təmin olunmalıdır.
Mənim vəziyyətimdə isə qeyd olunan hüquqlar formal olaraq tanınsa da, faktiki olaraq təmin edilmir və dəfələrlə etdiyim müraciətlərə baxmayaraq, vəzifədə irəliləməyimə və daha yüksək dərəcə almama şərait yaradılmır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Sizdən xahiş edirəm:
Mənim daxili müraciətlərimə verilmiş imtinaların əsaslılığının araşdırılmasını;
Əlilliyi olan şəxs kimi vəzifədə irəliləməyim və daha yüksək dərəcə almam üçün bərabər imkanların təmin olunmasını;
Qanunun 21-ci maddəsinin tələblərinə müəssisə daxilində riayət olunub-olunmamasının yoxlanılmasını;
Mənə daha yüksək vəzifə və ya dərəcə verilməsi üçün real şərait yaradılmasını.
Xahiş edirəm ki, müraciətimə formal deyil, mahiyyəti üzrə baxılmasını xahiş edirəm..."

Geri qayıt