Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > "Müştəri məmnuniyyəti bu bank üçün ən son pilləyə düşüb"
"Müştəri məmnuniyyəti bu bank üçün ən son pilləyə düşüb"27-03-2026, 15:39 |
|
"Birbank bir müddət yaxşı şərtlərlə müştərilərinin sayını artırdı. İndi isə tam əks proses gedir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Sima Babayeva qeyd edib.
O daha sonra bunları bildirir: "Müştəri məmnuniyyəti bu bank üçün ən son pilləyə düşüb. Hər kiçik əməliyyat üçün komissiya tətbiq olunur, limit qoyulur.
Öz qaydalarından da ancaq özlərinin başı çıxır. Bu günlərdə Birbank kartları arasında pul köçürməsi edirdim.
1 manat köçürürəmsə, 1 manat, 5 manatdırsa, 5 manat əlavə çıxılır. Belə biabırçılıq heç bir bankda yoxdur.
Bu müştərinin cibinə girmək yox, onu soyub talamaqdır. Bayram tətili bitən kimi mütləq şəkildə bütün Birbank hesablarımı bağlayıb başqa banklara müraciət edəcəm..."
Geri qayıt |