Əsas Səhifə > Araşdırma / Güney Press / Manşet > Müştərisindən “Leobank”a ciddi ittihamlar
Müştərisindən “Leobank”a ciddi ittihamlarBu gün, 12:13 |
“Leobank” müştərisi Elşən Ədalətli bank tərəfindən ona qarşı haqsızlıq edildiyini iddia edib. O, sosial şəbəkədə paylaşdığı açıqlamasında bildirib ki, yaxın günlərdə “Leobank” tərəfindən ona yüksək məbləğdə kredit limiti təklif olunub və sonra heç bir xəbərdarlıq edilmədən həmin limit geri çəkilib. Deyirəm, mən kartdakı pulu nağdlaşdırsaydım nə edəcəkdiniz? Deyir, heç nə, sizə kredit ayırmış olacaqdıq”. Şikayətçi bildirib ki, vəkillə bu məsələni araşdırıb və ona bildiriblər ki, belə hallar üçün bankın heç bir hüquqi əsası yoxdur: “Məhkəməyə müraciət edəcəyəm. Yəni banklarımız da yalançı və oğrudur”. Məsələyə münasibət bildirən “Yelobank” belə bir problem yarandığı üçün təəssüfləndiyini bildirib. Həmçinin yaranmış problemə görə bank müştəridən üzr istəyib və ona ikiqat keşbek təklif edib. Geri qayıt |