Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Naxçıvanda baş nazir və çevrəsinin 345 KODLAMASI
Naxçıvanda baş nazir və çevrəsinin 345 KODLAMASIBu gün, 10:50 |
Keçən günlərdə Naxçıvan Muxtar respublikası baş naziri Ceyhun Cəlilov və onun yaxın çevrəsi, daha dəqiqi MR-da tenderlərdə qalibin necə müəyyən olunması ilə bağlı müəyyən bilgiləri diqqətə çatdırmışdıq. "DİA-AZ" olaraq bildirmişdik ki, Ceyhun Cəlilovun adından bütün qara-qura işləri Xəyal Talıbov həyata keçirir. Ceyhun Cəlilov Talıbovun vasitəsilə Nazirlər Kabinetinə aid, xüsusən də sosial müdafiə nazirliyinə aid tenderlərə nəzarəti həyata keçirir. Cəlilovun yaxın dostu olan Talıbov hazırda Naxçıvana tam olaraq yerləşib, desək, yanılmarıq... Bütün işlərə birbaşa özü nəzarət edir. Onun öz şirkəti Bakıda yerləşən "Azsur Group"dur. Bütün tenderlər məhz bu şirkət üzərindən udulur. İndi isə bu istiqamətdə "DİA-AZ"a yeni məlumatlar daxil olub. Bu barədə danışan mənbə bildirir: "Xəyal Talibovun Naxçıvanda hansı nüfuza sahib olduğunu Rusiyada belə bəzi azərbaycanlılar dilə gətirirlər. Xatırladaq ki, baş nazirin avtomobili "Toyota land kruzer"dir... nömrəsi "90cc345" Xəyal Talıbovun maşını işə "Toyota avalon"dur... nömrəsi də "10vc345"dir. Romanın maşını "BMW x5"dir... nömrəsi də "77nc345"dur. Xəyal Talıbovun ƏƏSMN-də ən güclü adamı Afət Əşrəfzadədir. O DSMF-də satınalma üzrə departament müdiridir. Onu bu vəzifəyə Xəyal Talıbovun xahişi ilə baş nazir hələ ƏƏSM-də nazir olanda gətirmişdi və Ceyhun Cəlilova sədaqəti ilə bilinən adamdır. ƏƏSM və nazirlər kabinetinin bütün tender və katirovkalarını həmin bu şəxs keçirir. Digər şəxs isə Xəyal Talıbovun sinif yoldaşı və yaxın dostu Rövnəq Qasımovdur. O Bakıdan AAYDA-dan Naxçıvan avtomobil yolları agentliyinə Xəyal Talıbovun xahişi ilə təchizat şöbəsinə sektor müdiri təyin edilib. Xəyal Talıbov hal-hazırda Naxçıvanda tender briqadası qurur. Növbəti yazılarımızda hansı işləri necə udublar, hansı məbləğdə və işləri nə formada görüb necə tehvil verə bilirlər.... bu barədə yazacağıq. Bizi izləməyə davam edin... Geri qayıt |