Əsas Səhifə > Araşdırma / Güney Press / Manşet > `AZƏRİQAZ`a bacarqılı işçi lazım deyil...

`AZƏRİQAZ`a bacarqılı işçi lazım deyil...


Dünən, 16:23

"Azəriqaz İB-nin əməkdaşları bu yaxında ötən ayın əvvəllərində Ağsu RQİİ-nin Göyçay XS-də yoxlamalar keçirmişdi və bu yoxlamalar nəticəsində məlum olmuşdur ki, 150-dən artıq istehlakçının sayğac açılaraq götürülmüşdür..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Azəriqaz" çalışanı emli Tahirov Neftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) səhifaəsində gileylənir.

Narazı vətəndaş daha sonra bildiri: " Səbəbini isə qeyri-qanuni qazlaşma kimi geyd etmişlər. Belə ki sayğaclar başqasının adına olduğu halda (passiv abonentlərin sayğacları) sənədləşməmiş evlərə (minimum 600 man maximum 1500 man olmaqla ) pul muqabilində qanunsuz olaraq quraşdırılmışdır.

Belə hallar Ağsu RQİİ-nin digər XS-də mövcuddur, hətta mən Ağsu RQİİ-nin təchizat üzrə mühəndisi işləyərkən belə bir hala görə Ağsu XS-nin iki əməkdaşın ARƏM-nin 70 ci madəsinin c-bəndinə görə işdən uzaqlaşdırmışdılar. Ancaq nə hikmətdirsə yenidən işə bərpa etmişdilər. Hal hazırda belə hal Ağsu RQİİ-nin Ucar və İsmayıllı XS-də də mövcuddur. Ötən ilin noyab və dekabr aylarında mənim törətmədiyim bir əmələ görə Göyçay rayon prokurorluğu göstərişi ilə 22³⁰saat və 8 saat ayrı ayrı vaxtlarda polis bölməsində saxlamışdılarAğsu RQİİ-nin keçmiş rəisi Vəli Sadıqovun şikayətinə əsasən Azəriqazın balansından silinmiş lakin demontaj olunmamış d-159mm lik borunun 180 P/m hissənin oğurluğu itdihamı ilə 30 saatdan artıq xüsusi saxlanılma otağında saxlamışdılar.

Bunu ona görə etmişdilər ki, o dövr üçün Ağsu RQİİ-nin məsul şəxslərinin törətdiyi cinayət əməllərinə görə bir neçə instansiyaya yazılı sürətdə müraciət etmişdim. Ancaq indi nə hikmətdirsə 150 dən artıq ailəyə maddi və mənəvi ziyan vuranların heç biri hələ ki məsuliyətə cəlb olunmayıb. Burdan belə bir nəticəyə gəlmək olar ki, həqiqətən də Azəriqaz İB-nin eləcə də Ağsu RQİİ-nin rəhbərlərinə dürüst nizam-intizamlı, bacarıqlı işçilər lazım deyil. Axı onlar adları çəkilən strukturlara heç bir maddi xeyir vermir əksinə işlərinə pəl vururlar..."


Geri qayıt