Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > İrandan naxçıvanlı sürücülərə TRAMP MARŞRUTU İŞGƏNCƏSİ...
İrandan naxçıvanlı sürücülərə TRAMP MARŞRUTU İŞGƏNCƏSİ...Bu gün, 10:59 |
İran, Azərbaycanla Ermənistan arasında bağlanan sülh müqaviləsinin acığını naxçıvanlı sürücülərdən çıxmağa başlayıb. Naxçıvandan Bakıya yük daşıyan sürücülər günlərlə ac-susuz, çöllük ərazidə toz-torpaq içində gözlədildikdən sonra Azərbaycana buraxırlırlar.
İran rəsmiləri sürücülərə məsləhət görüblər ki, yeni qayda xoşlarına gəlmirsə, gedib, „Tramp Marşrutu“ndan istifadə eləsinlər. Bu haqda „Gündəlik Naxçıvan“a İranda gözlədilən sürücülər məlumat veriblər.
Sürücülər bildirirlər ki, keçiddə növbə olduğunu bəhanə gətirib, onları Biləsuvar gömrüyündən xeyli aralıdakı çöllüyə göndərirlər:
“Burda nə yemək var, nə də su. Almaq üçün gərək kilometrlərlə yolu piyada gedəsən. Bir neçə gündür belə ediblər. Əvvəl gömrüyün qarşısında bir neçə saat gözlədikdən sonra buraxılırdıq. Sülh sazişi imzalandıqdan sonra bizi və türkiyəli sürücüləri gətirib, çöllüyə doldurublar, günlərlə gözləməyə məcbur edirlər. Kefləri gələndə 1-2 maşın buraxırlar. Ac-susuz, toz-torpaq içində gözləməyimiz bir tərəfə, burada tualet də yoxdur. Həm də, bizimlə heyvan kimin davranırlar.”
Sürücülər deyirlər ki, İran rəsmiləri bu münasibətin imzalanan sülh sazişinə görə olduğunu onlara açıq bildirblər:
“Açıq deyirlər ki, sizin hökumət ermənilərlə birləşib, İranın başının üstündən iş görüb. Buna görə də xoşunuz gəlmirsə gedin, sazişdə göstərilən , „Tramp Yolu“ndan istifadə edin, ya da Ermənistan özü sizə yol versin. Əlləri heç yerə çatmır, qorxudan bir şey edə bilmirlər, sülh szişinin acığını bizdən çıxırlar.”
Avqustun 8-də Azərbaycan və Ermənistan arasında ABŞ-nin vasitəçiliyi ilə sülh bəyannəməsi imzalanıb. Bəyannaməyə əsasən, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək „Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu“nun yaradılması ilə bağlı əməkdaşlığa başlanılır. Bu yola İranın rəqibi sayılan ABŞ nəzarət edəcək. İranın yüksək dövlət rəsmiləri bu yolun açılçasıma imkan verməyəcəkləri ilə bağlı bəyanatlar veriblər.
Geri qayıt |