Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Deputat oğlunun "iki fərqli həyatı"
Deputat oğlunun "iki fərqli həyatı"Bu gün, 06:35 |
|
Almaniyada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli Milli Məclisin komitə sədri Bəxtiyar Əliyevin oğlu Orxan Əliyev haqqında maraqlı faktlar paylaşıb. 32gun.az bildirir ki, Jurnalist bildirir ki, "məşhur mehdiyevçi" deputatın oğlu Orxan Əliyev 2018-ci ildə Dövlət Reklam Agentliyinin direktor müavini, 30 oktyabr 2019-cu ildə isə sədrin müavini vəzifəsinə təyin olunmuşdu və onun 2019-cu ildəki bu təyinatı dövlət başçısının sərəncamı ilə təsdiq edilmişdi. Orxan Əliyev bu vəzifədə 2023-cü ilə qədər çalışıb.
Lakin Orxan Əliyevin diplomat kimi "əmək tarixçəsini" əks etdirən ikinci LinkedIn səhifəsi tamamilə fərqli mənzərə yaradır. Belə ki, o, Bakıda fondda müavin və Dövlət Reklam Agentliyində yüksək vəzifələrdə çalışdığı eyni dövrdə — yəni 2014-cü ilin martından 2022-ci ilin payızına kimi — Azərbaycanın Monteneqrodakı diplomatik missiyasında fəaliyyət göstərib. Həmçinin qeyd olunur ki, o, 2022-ci ilin martından XİN-in ştatlı diplomatı kimi fəaliyyətdədir. Məhz bu "diplomatik təcrübə" imkan verib ki, Orxan Əliyev səfirlikdə ikinci katib kimi işlə təmin olunsun.
Geri qayıt |