Əsas Səhifə > Sosial / Manşet > Yeni qanunvericilik Fuad Nəcəfliyə işləyəcək?

Yeni qanunvericilik Fuad Nəcəfliyə işləyəcək?


Bu gün, 08:15

"Naxçıvan MR Ali Məclisi 3 ildir ki, özünə sədr seçə bilmir, amma 3 ay ərzində Konstitusiyasını dəyişmək qərarına gəlib". "DİA-AZ" xəbər verir ki, bu ironik açıqlama ilə son günlər Naxçıvanda baş verən mübhəm olaylarla bağlı ilginc faktları açıqlaması ilə diqqətə gələn tanınmış jurnalist Heydər Oğuz çıxış edib.

O daha sonra bunları əlavə edib:

"

Anlaşılan budur ki, Naxçıvan MR Konstitusiyasında dəyişiklik aparılmasının başlıca məqsədlərindən biri səlahiyyətli nümayəndəlik institutunun yaradılmasıdır. Yəni loru dillə desək, bu vaxta qədər səlahiyyətli nümayəndə legitim deyildi. İndi konstitusiya dəyişikliyi ilə ona legitimlik donu geyindirəcəklər.
Yazıq Naxçıvan. “Canişin” əfəndi legitim deyildi, Naxçıvanın başında turp əkirdi. İndi görün, o, legitimləşəndən sonra Naxçıvanı nə günə qoyacaq?"

Geri qayıt