Əsas Səhifə > Sosial / Manşet > "Bu nə qədər düzgündür axı?"

"Bu nə qədər düzgündür axı?"


Bu gün, 08:49

"Şikayətim "Manato.az" BOKTdandır..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.

Narazı vətəndaş daha sonra bildirir: "Daha doğrusu, bu şikayətimi hara və necə edəcəyimi bilmirəm, bilən şəxslərdən kömək istəyirəm. Mən bu təşkilatdan kredit vəsaiti götürmüşdüm. Borcum 220 manat idi. Krediti götürən zaman işləyirdim. Daha sonra problemlərimə görə işləyə bilmədim. Bunlar mənə neçə dəfə zəng elədilər ki, bəs borcu ödəməyə görə. Özlərinə də bildirdim ki, mən hal hazırda işləmirəm o qədər vəsaitim yoxdu, alınırsa mənim üçün kredit şərtləri müəyyən edin ay-ay ödəyim. Bunlar da mənə dedilər ki, yox e mümkün deyil. Nəysə 147 gündür ki, gecikməm var borcum 220 manatdan faiz gələ-gələ 385 manat olub. Mənə dünən zəng edib deyirlər ki, gəlin borcunuzu aylara bölək. Bu nə qədər düzgündür axı? Borcum 220 manat olan vəziyyətdə bölmədilər üzərinə 165 manat faiz gəlib, indi mənə deyirlər ki, bölək. Necə edə bilərəm? Hara edim mən şikayətimi?"


Geri qayıt