Əsas Səhifə > Ölkə / Manşet > “Leobank” vətəndaşın başına rəsmən OYUN AÇDI...

“Leobank” vətəndaşın başına rəsmən OYUN AÇDI...


Dünən, 10:22

Sosial şəbəkələrdə bankların fəaliyyəti ilə bağlı növbəti məlumat yer alıb.

“DİA-AZ” xəbər verir ki, Elşən Ədalətli adlı şəxs müştərisi olduğu banklardan biri - “Leobank”la bağlı öz etirazını bildirib. Vətəndaş deyir ki, bu yaxınlarda ona “Leobank” tərəfindən yüksək məbləğdə kredit limiti təklif edilib:

“Düzü, neçə müddətdir beynimdə maraqlı biznes ideyası var idi, bir az tərəddüd edirdim. Təklif üzərində bir neçə gün düşündüm və sonra qərar verdim ki, təsdiqləyim. Rayonda evdə bir az təmir işləri var idi. Bu təklif gələndən sonra əlimdə olandan evi təmir etməyə başlaıdm. 3-4 gün sonra “Leobank” biznes kartıma baxdım və gördüm həmin limiti geri çəkiblər, yəni bank oğurlayıb, başqa ad verə bilmirəm.

Operatorla danışdım, deyir ki, texniki səhv olub və səhvimizi düzəltmək üçün sizə ikiqat kəşbek təklif edirik. Deyirəm ki, mən kartdakı pulu nağdlaşdırsaydım, nə edəcəkdiniz? Deyir ki, heç nə, sizə kredit ayırmış olacaqdıq. Bütün Avropa səyahətim zamanı “Leobank” debetdən istifadə etmişəm. Vəkilimlə müqaviləni incələdik və heç bir belə forsmajor hal bunlara haqq qazandəra bilməz. Məhkəməyə müraciət edəcəyəm”.



Geri qayıt