Əsas Səhifə > Ölkə / Manşet > SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...`
SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...`Dünən, 09:07 |
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı SOCAR əməkdaşlarından birinə istinadla bu dəfə məmur harınlığını, özbaşınalığını əks etdirən fakta diqqət çəkib və bu halda qanunların hansı səviyyədə məsuliyyət yaratdığını da açıqlayıb. "DİA-AZ" M.Qəhrəmanlının məlum açıqlamasını təqdim edir:
"Neftçi şikayət edir, etik davranış qaydalarının müvafiq bəndlərini xatırladır, sual verir və cavab gözləyir...
- Bizim idarə rəisi gənc olmasına baxmayaraq əsəbləri korlanıb, efirdə-telefonda bizlərə demədiyi söz qalmayib. İdarədə bir neçə əməkdaşla qırğlna çıxıb. Telefonda deyiləni birtəhər uduruq, amma... efirdə deyilənləri hamı eşidir. Tabeçiliyimizdə olan işçilər arasında hörmətdən düşürük. Həyamız-abrımız gedib. Bizlərə bir köməklik göstərin... xahiş edirik....
***
Bu qaydanın 4.1.10 maddəsində qeyd olunan tələbləri pozan idarə rəisi hansı məsuliyyətə cəlb olunmalı və ya barəsində hansı tədbirlər görülməlidir?
4. Rəhbər vəzifə tutan işçilərin etik davranışına əlavə tələblər
4.1. Rəhbər vəzifə tutan işçi:
4.1.1. rəhbərlik etdiyi struktur bölmənin daxilində yaranan ixtilaf və konfliktlərin qarşısını vaxtında almalı, işçilər arasında xoş işgüzar münasibətlərin təmin edilməsi üçün müvafiq tədbirlər görməli;
4.1.2. tabelikdə olanların bilik və bacarıqlarını nəzərə almaqla onların xidməti vəzifə və səlahiyyətlərinin dairəsini dəqiq müəyyənləşdirməli, onlara icrası mümkün olmayan tapşırıqlar verməməli;
4.1.3. xidməti fəaliyyətin həyata keçirilməsi zamanı meydana çıxa biləcək mümkün etik problemlər barədə tabelikdə olanları qabaqcadan məlumatlandırmalı, bu halda edilməsi dəstəklənən hərəkətlər barədə onları təlimatlandırmalı;
4.1.4. bilavasitə tabelikdə olanların onunla birbaşa əlaqə saxlaması üçün şərait yaratmalı, bu sahədə bürokratik əngəllərə yol verməməli;
4.1.5. tabelikdə olanların bilik, bacarıq və şəxsi keyfiyyətlərini nəzərə alaraq onların vəzifədə irəli çəkilmələri üçün bərabər imkanlar yaratmalı;
4.1.6. tabelikdə olanları hüquqa vəhamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlər (hərəkətsizliklər) etməyə və qərarlar qəbul etməyə sövq etməməli;
4.1.7. tabelikdə olanların Qaydalara əməl etmələrinin təmin edilməsi üçün zəruri tədbirlər görməli;
4.1.8. şəxsi maraqlardan irəli gələn məsələlərlə bağlı şəxsən və ya digər şəxslər vasitəsi ilə tabelikdə olanlara təzyiq etməməli;
4.1.9. subyektiv meyarlara əsasən tabelikdə olanlara münasibətdə ayrı-seçkiliyə yol verməməli, güzəştli münasibət göstərməməli və imtiyazlar verməməli;
4.1.10. tabelikdə olanların şərəf və ləyaqətinə, o cümlədən şəxsiyyətinə hörmətlə yanaşmalı, onlarla kobud rəftara, əsassız tənqid və ittihamlara yol verməməlidir..."
Məsələ diqqətimizdədir...
Geri qayıt |