Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla bağlı olduqca ciddi ittihamların yer aldığı faktlar ictimailəşdi. Ona görə "FAKT" deyirik ki, əslində yazılanların hər biri nöqtə-vergülünə qədər gerçəkliyi əks etdirirdi. Və gözlənilirdi ki, artıq bu şəkildə KİV hücumuna məruz qalan baş nazirlə bağlı cəza xarakterli hansısa addımlar da atılacaq.
Əslində bunu cəmiyyət gözləyirdi. İctimailəşən məlum yazıda isə açıq-aşkar belə bir gözləntinin olmadığı gün kimi aydın idi. Çünki yazının davamının olacağı vəd olunurdu və aşkar şəkildə qeyd olunurdu ki, əgər yazıda hədəf kimi nişan verilən Əli Əsədov "nizama gəlməzsə", başqa faktlar da ictimailəşəcək.
"DİA-AZ" bildirir ki, amma indi aydın olur ki, artıq Əli Əsədov "problemlərini" həll etmiş kimi görünür. Bunu elə baş nazirin biznes şəbəkəsinin əsas simalarından olan Rəşad Məmmədov və Azər Əsgərovun rəhbəri olduğu “Azİmport” şirkətindəki ab-havadan da sezmək olar.
Mötəbər mənbə iddia edir ki, az əvvəl mətbu hədəfə çevrilən Əli Əsədov artıq əvvəlki formada müdafiə çətiri altındadır: "Onun adamları da əvvəlki qaydada işlərinə davam etmək barədə tapşırıq alıblar. Yəni hansısa təhlükə olmayacaq. Hətta Rəşad Məmmədov və Azər Əsgərov cütlüyü bu xəbərdən sonra dəniz kənarındakı restoranlarında əməlli-başlı qonaqlıq da veriblər..."
Qeyd edək Əli Əsədov həmin məlum yazıdan bir gün sonra mətbuatda barəsində "iclas keçirdi" xəbərini yaydırdı, bu gün isə baş nazirin aprelin 21-də Regional Ekoloji Sammitdə iştirak etmək üçün Qazaxıstan Respublikasının Astana şəhərinə işgüzar səfərə getdiyi məlumatı ictimailəşdi. Yəni deyilənlər yetərincə gerçəyə uyğundur. Baş nazirimiz bu dəfə "kəfətni yırtdı", bundan sonra necə olacaq... bunu da zamanla görəcəyik...
Geri qayıt
|