Əsas Səhifə > Dünya > Tramp və İlon Mask arasında münasibətlər gərginləşir
Tramp və İlon Mask arasında münasibətlər gərginləşir5-06-2025, 07:44 |
APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Nəşrin yazdığına görə, Tramp və məşhur sahibkar arasında münasibətlər getdikcə gərginləşir. Daha əvvəl İlon Mask ABŞ Konqresində Tramp administrasiyasının təklif etdiyi federal xərclərin azaldılmasına dair qanun layihəsinə səs verən konqresmenləri açıq şəkildə tənqid etmişdi. Bundan sonra “Axios” nəşri yazmışdı ki, Tramp Maskdan narazı olsa da, onların münasibətləri tamamilə pozulmayıb və hər iki tərəf əlaqələri qorumağa çalışır. Geri qayıt |