Əsas Səhifə > Dünya > Vens və Vitkoff İran nümayəndələri ilə görüşə bilər

Vens və Vitkoff İran nümayəndələri ilə görüşə bilər


Bu gün, 07:25

ABŞ Prezidenti Donald Tramp xüsusi elçi Steven Witkoff və vitse-prezident Cey Di Vensə bu həftə İran nümayəndələri ilə görüşməyi təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "The New York Times" məlumat yayıb.

Qeyd olunur ki, görüş baş tutarsa, İranı böyük ehtimalla İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi təmsil edəcək.

CNN də xəbər verib ki, Ağ Ev rəhbəri öz komandasına İran rəsmiləri ilə tez bir zamanda görüşü təşkil etməyi tapşırıb.

"Washington" isə yazır ki, İran rəsmiləri vasitəçilərə ABŞ-la danışıqları bərpa etməyə hazır olduqlarını, lakin ilk növbədə İsrailin hücumlarını dayandırmasını istədiklərini bildiriblər.


Geri qayıt