Əsas Səhifə > Dünya > Mask dövlət işinə qayıda bilər
Mask dövlət işinə qayıda bilərBu gün, 06:36 |
ABŞ hökumətini tərk edən iş adamı İlon Mask yenidən dövlət idarəçiliyində işə qayıda bilər. Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Məlum olduğu kimi, sahibkar siyasətlə məşğul olmağı planlaşdırır. Məlumatda qeyd olunur ki, "SpaceX" artıq investorlarını İlon Maskın mümkün addımları barədə xəbərdar edib. Sənədlərdə sahibkarın planları “risk faktoru” kimi qeyd olunur. Məqalədə deyilir: “Mask əvvəllər Hökumətin Səmərəliliyi Departamentindəki işi ilə əlaqədar ABŞ prezidenti Donald Trampın baş müşaviri olub və gələcəkdə oxşar vəzifələrdə çalışa, onlara xeyli vaxt və enerji sərf edə bilər”. Geri qayıt |