Əsas Səhifə > Dünya > Tramp Kiyevə NATO xaricində təhlükəsizlik zəmanəti verməyə hazırdır
Tramp Kiyevə NATO xaricində təhlükəsizlik zəmanəti verməyə hazırdırBu gün, 06:17 |
ABŞ prezidenti Donald Tramp avqustun 13-də Avropa liderləri ilə söhbəti zamanı NATO-nun səyləri çərçivəsində həyata keçirilməyəcəyi təqdirdə Ukrayna üçün təhlükəsizlik zəmanətlərini verməyə hazır olduğunu bildirib. APA xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Tramp Rusiya ilə atəşkəs razılaşması əldə olunacağı, lakin müəyyən şərtlərə riayət olunacağı təqdirdə ABŞ-ın Ukraynanın çəkindirici vasitələrlə təmin olunmasında müəyyən rol oynamağa hazır olduğunu bildirib. Mənbələrdən biri xəbər verib ki, Tramp təhlükəsizlik zəmanətləri dedikdə nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyərək yalnız daha geniş konsepsiyanı müzakirə edib. Geri qayıt |