Əsas Səhifə > Dünya > MKİ-nin Rusiya üzrə mütəxəssisi Alyaskadan sonra məxfi məlumatlara girişdən məhrum edilib

MKİ-nin Rusiya üzrə mütəxəssisi Alyaskadan sonra məxfi məlumatlara girişdən məhrum edilib


Bu gün, 07:50

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Rusiya üzrə aparıcı eksperti Alyaskada keçirilən Rusiya-Amerika sammitindən sonra təhlükəsizlik məlumatlara girişdən məhrum edilib.

"Report"un xəbərinə görə, bu barədə "The Washington Post" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Vurğulanıb ki, 29 il MKİ-də işləyən şəxs Avropaya göndəriləcəkmiş, lakin səfər baş tutmayıb.

Nəşr qeyd edib ki, Rusiya üzrə aparıcı ekspertlərdən biri olan əməkdaş avqustun 15-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskada keçirilən görüşünə hazırlıqda fəal iştirak edib. Nəşr onun təhlükəsizlik icazəsindən məhrum edilməsinin səbəblərini göstərmir.


Geri qayıt