Əsas Səhifə > Dünya > Putinin əmri olmasaydı...

Putinin əmri olmasaydı...


Bu gün, 12:25

Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsi fonunda özünü “sülhpərvər” kimi göstərmək üçün tez-tez eyni fikir təkrarlayır: “Rusiyanın NATO ölkələrinə hücum etmək fikri yoxdur. Qərb ölkələrində belə düşünənlər varsa, ağıllarını itiriblər”.
 Kreml rəhbəri indiyədək saysız yalan danışıb və bu da onlardan biridir
Putinin əmri olmasaydı, Rusiya dronları NATO üzvü olan Polşanın hava sahəsinə daxil olmazdı. Dronlar Polşanın hava sahəsində daxil olmaq üçün Ukraynanın qərb bölgələrindən keçib. Müharibə Ukraynanın şərqində gedir, Rusiya dronları isə cəbhə bölgəsindən min kilometrlərlə uzaq məsafə qət ediblər.
Putin ABŞ Prezidenti Donald Trampı yalandan tərifləməklə məşğuldur, reallıqda isə o Ağ Ev sahibinin imicinə zərbələr vurmaqda davam edir.
Prezidentlərin Alyaska görüşündən sonra Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi genişlənib, paytaxt Kiyev bombalanır, mülki insanlar həlak olurlar. Putin Polşanı hədəf seçiməklə NATO-nun və Vaşinqtonun nəbzini yoxlayır. Vaşinqton və Brüssel əməli tədbirlər görməyəcəkləri halda Polşadan sonra Rusiya dronları digər NATO üzvləri olan Baltik ölkələri, o cümlədən Finlyandiyanın hava sahəsində də görünəcək.
Elxan Şahinoğlu - "DİA-AZ"

Geri qayıt