Əsas Səhifə > Dünya > Rusiyadan İLGİNC Ermənistan qərarı
Rusiyadan İLGİNC Ermənistan qərarı3-02-2026, 06:26 |
|
Rusiya Federasiyası Ermənistan, Suriya, Venesuela və İran da daxil olmaqla ənənəvi müttəfiqlərini ABŞ-ın “mərhəmətinə” buraxmayacaq. Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. Qeyd olunub ki, Moskva bütün hallarda tərəfdaşları qarşısında götürdüyü beynəlxalq öhdəliklərə sadiq qalır. Nazirlik Rusiyanın bu ölkələrlə siyasi, iqtisadi və digər sahələrdə çoxşaxəli əməkdaşlığını xatırladaraq, mövzunun bu cür qoyuluşunu “yersiz” adlandırıb. Bundan əlavə, XİN daha əvvəl bəyan edib ki, Rusiya danışıqlar mövqeyini formalaşdırarkən Kiyevin terror xarakterli hərəkətlərini nəzərə alacaq. Nazirliyin vurğulamasına görə, Ukrayna hakimiyyətinin ehtiyatsız addımları vəziyyəti daha da gərginləşdirir və mümkün kompromis variantlarının tapılmasını çətinləşdirir. Geri qayıt |