Əsas Səhifə > Dünya > Əgər İran öz raketinə yiyəlik edə bilmirsə...
Əgər İran öz raketinə yiyəlik edə bilmirsə...5-03-2026, 06:33 |
|
İranın Türkiyəyə ballistik raket atmasının normal məntiqlə izahı yoxdur. Ya SEPAH ağlını tamamilə itirib və indiki ağır vəziyyətdə NATO-nu da öz üzərinə çəkmək, dolayısıyla daha tez “cənnətə getmək” istəyir, ya da İran Silahlı Qüvvələri MOSSAD-ın agentura şəbəkəsinin əlinə keçib və Tel-əviv molla rejimi ilə Türkiyəni döyüşdürməyə çalışır. 3-cü bir versiya da var: ABŞ-ın və ya İsrailin əlində elə müasir texnologiyalar var ki, ballistik raketlərin göydə istiqamətini dəyişdirib istəqikləri yerə yönləndirə bilir.
Bu ehtimalların 3-ü də İran üçün fəlakət sayıla biləcək versiyaları ağla gətirir. Məsələn, ballistik raketlərin istiqamətini dəyişdirmək imkanları varsa, İranın atdığı raketləri Məkkə və Mədinə üzərinə də yönləndirə bilər. Müqəddəs yerlərdən birinin istər şüurlu şəkildə, istərsə də təxribat nəticəsində İran raketləri ilə yerlə yeksan olunması İslam respublikası adı daşıyan bir dövlət üçün ölümdən betər “avto-qol” olar. Digər iki ehtimal da ən azı birinci qədər dəhşətlidir.
İran əgər öz zərbələrinə nəzarət edə bilmirsə, bir an belə gözləmədən döyüşü davam etdirib-etdirməmək barədə iki dəfə düşünməlidir.
Müəllif: Heydər Oğuz - Mənbə: "DİA-AZ"
Geri qayıt |