Əsas Səhifə > Dünya > ABŞ Yaxın Şərqdən qaçqın qəbul etməyi planlaşdırmır

ABŞ Yaxın Şərqdən qaçqın qəbul etməyi planlaşdırmır


6-03-2026, 03:43

ABŞ Yaxın Şərqdə gərginliyin artması fonunda regiondan yeni qaçqın dalğasını qəbul etməyi planlaşdırmır.

APA xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset mətbuat konfransında bildirib.


“Əminliklə demək olar ki, ABŞ-ın Yaxın Şərqdən yeni qaçqın dalğasını qəbul etmək planı yoxdur”, – deyə Pentaqon rəhbəri vurğulayıb.

Heqset əlavə edib ki, regionda qaçqınların yerləşdirilməsi üçün başqa ölkələr də mövcuddur.


Geri qayıt