Əsas Səhifə > Dünya > İsrail Türkiyə toqquşması QAÇILMAZDIR...

İsrail Türkiyə toqquşması QAÇILMAZDIR...


16-03-2026, 06:48

İsraillə Türkiyənin toqquşması qaçılmazdır. Məsələ sadəcə keçmiş baş nazir Bennethin dediyi kimi "növbəti İran Türkiyədir" deməsindən irəli gəlmir.
Yəhudilər 2000-dən ildən çox müddətdir ki, əziliblər, öz dövlətlərini qura bilməyiblər, bununla belə fərqli dövlətlərdə və zamanlarda həmişə ticarətlə məşqul olub yaxşı maddi gəlirə sahib olublar.
İndi isə onların bir dövləri var, və etiraf etməliyik ki hərbi baxımdan və ABŞ dəstəyi ilə güclü dövlət halına gəliblər.
Yahudilər bunu Əski Əhdlə əlaqələndirib, Əski Əhddə yahudilər üçün vəd edilən zamanın gəldiyini düşünürlər. Dünən Netyanyahu deyirdi ki, biz artıq regional güc olmaqdan çıxıb, qlobal gücə çevrilmək üzərəyik.
Vəd edilən zaman dedikdə, Tövrata görə onların Nil çayından Fərat çayına qədər dövləti olmalıdır, daha əvvəl onlara hökm edən qövmlərə onlar hökm edəcəklər. Hazırda da bunun müharibələrini aparırlar.
İsrailin təsir dairəsi ətrafda olan dövlətlərdir, başda ərəb dövlətləridir. Onlar tək tək sıradan çıxardıqdan sonra, indi növbədə İran, ondan sonra da bölgəyə marağı olan Türkiyədir.
Məşhur bir video var, Netanyahu gəlir rahibdən xeyir-dua almağa, o da deyir ki Mesiahın gəlişini sürətləndir; Mesiah isə Armaqeddondan (böyük müharibədən) sonra gəlməlidir.
Türkiyə də bunu çox gözəl anlayır, bəzi həmvətənlilərim isə bunu anlaya bilmir, bu mənzərəni görə bilmir. Hazırda Türkiyə Suriyə üzərində əsas söz sahibi olan dövlət olsa da, Süriyə İsrailin yavaş yavaş "yediyi" dövlətdir - təyyarələri və raketləri onun hava sahəsindən istifadə edir, ordusunu dəqiq zərbələrlə sıradan çıxarır, torpaqlarında bufer zonasını genişləndirir.
Türkiyənin İsraillə toqquşmamasının tək imkanı - Yaxın Şərqdən, islam dünyasından tam imtina etməkdir. İranlə Türkiyə müttəfiq deyil, hətta rəqibdir; bununla belə Türkiyə güclü İsrail yerinə orta gücdə olan və İsraili zəiflədə bilən və durdurmağa çalışan bir İranı dəstəkləyir.
Bu izahım makroparadiqmadır, və konflikt nəzəriyyəsini əsas götürür. Hadisələri izah edir.

Müəllif: Fərhad Mehdiyev - Mənbə: "DİA-AZ"


Geri qayıt