Əsas Səhifə > Dünya > Fürsət o fürsətdir: Rusiya hərəkətə keçdi
Fürsət o fürsətdir: Rusiya hərəkətə keçdi27-03-2026, 06:26 |
|
"Müzakirənin əsas mövzusu İrandakı müharibədən sonra dünya enerji bazarında yaranan vəziyyət və Rusiyaya qarşı mövcud sanksiyaların yumşaldılmasıdır" deyə vurğulayan politoloq daha sonra fikrini belə davam etdirir: "Rusiya tərəfi vəziyyətdən istifadə edərək sanksiyaların bir müddətlik də olsa ləğvinə çalışır. Böyük ehtimalla ABŞ Lukolyun Avropadakı aktivləri üçün sanksiyaları ləğv edəcək. ABŞ və Rusiya deputatlarının görüşü ərəfəsində isə Rusiya prezidenti Vladimir Putin maraqlı açıqlama ilə çıxış edib. Putin bildirib ki, Rusiyaya qarşı sanksiyalara qanunsuzdur, çünki onlar BMT tərəfindən təsdiq edilməyib. Moskva və Vaşinqton arasında bu dialoq dünya neft bazarına əsaslı təsir edə bilər. Əgər sanksiyalar ləğv edilərsə neftin qiyməti müharibədən əvvəlki vəziyyətə düşə, hətta daha da aşağı düşə bilər. Avropa ölkələri vəziyyətin nizamlanması üçün yaxın 2 ay ərzində ABŞ və Rusiya arasında razılaşmaya ümid edirlər..." Geri qayıt |