Əsas Səhifə > Dünya > İrana qarşı əməliyyatlarda 365 ABŞ hərbçisi yaralanıb

İrana qarşı əməliyyatlarda 365 ABŞ hərbçisi yaralanıb


4-04-2026, 05:40

İrana qarşı əməliyyatların başlamasından bəri 365 ABŞ əsgəri yaralanıb.

Bu məlumatı "The Wall Street Journal" qəzeti Pentaqona istinadən yayıb.

Pentaqonun məlumatına görə, yaralıların 247-si ABŞ quru qoşunlarının hərbçisi, 63-ü Hərbi Dəniz Qüvvələrinin hərbçisi, 36-sı Hərbi Hava Qüvvələrinin hərbçisi və 19-u da dəniz piyadasıdır.

Qeyd edək ki, qəzetin bundan öncə yaydığı məlumata görə əməliyyatlar zamanı 13 ABŞ hərbçisi həlak olub.


Geri qayıt