Əsas Səhifə > Dünya > İsrail İranın sursat istehsalı imkanlarının 70 %-ni məhv edib
İsrail İranın sursat istehsalı imkanlarının 70 %-ni məhv edib5-04-2026, 04:23 |
|
İsrailin Baş naziri Benyamin Netanyahu İranın neft-kimya sənayesinə genişmiqyaslı zərbələr endirildiyini təsdiqləyib. "Report"un məlumatına görə, bununla bağlı açıqlama Netanyahunun "X" sosial şəbəkəsindəki səhifəsində yayılıb. "Sizə söz vermişdim ki, Tehranda (hakimiyyət orqanlarına - red.) mübarizəmizi davam etdirəcəyik və hazırda məhz bunu edirik. Onların sursat istehsal potensialının 70 %-ni məhv etdikdən sonra bu gün onların neft-kimya zavodlarına hücum etdik", - o bildirib. Netanyahu İsrailin Silahlı Qüvvələrinin İranın enerji obyektlərini məhv etməyə davam edəcəyini söz verib. Daha əvvəl ABŞ və İsrailin İranın Huzistan əyalətindəki Mahşəhr limanındakı xüsusi neft-kimya zonasına endirdiyi zərbələr nəticəsində beş nəfərin öldüyü bildirilib. Geri qayıt |