Əsas Səhifə > Hadisə / Manşet > 6 Saylı Uşaq Musiqi Məktəbində BÖYÜKLƏRİN SÖYÜŞLÜ XORU...
6 Saylı Uşaq Musiqi Məktəbində BÖYÜKLƏRİN SÖYÜŞLÜ XORU...Bu gün, 08:36 |
Nəhayət bəlli oldu ki, 1 aydan çoxdur 6 saylı müsiqi məktəbinə yeni təyin edilmiş(?) “direktor” Gülnarə Səfərovanın hay-küy yaradan “planları” nədən ibarət imiş: Nəyə görə imiş bu təhqirlər, söyüşlər,alçaltmalar, qurma aktlar, hədə-qorxu ilə ərizə yazdırmalar və s... Cənab Mədəniyyət Naziri, mədəniyyətimizin təhsil ocağına pedaqoqa yaraşmayan bu “direktoru” kim Sizə məsləhət görüb. Bu “direktor” bütün əməllərini Sizin adınızla bağlayır. Müəllimləri söyməyi, təhrir edib alçatmağı, şərləyib aktlar “quraşdıraraq” , məcburən ərizə yazdırıb işdən çıxartdırmağı, bunlarıdamı, ona Siz demisiniz? Bəs Cənab Prezidentin məmurlara xəbərdarlığı, onlar Sizin üçün boşuna deyilən sözlərdir? Əlavə etdiyimiz videoya baxın. Bunlar hələ Sizə təqdim olunanların 5/1 hissəsidir. Düzdür, “direktor” Gülnarə Səfərova artıq içlaslara, növbəti qurbanı ilə “polemakaya” başlayanda telefonları bir vedrəyə yığdırır. Amma, artıq kecdir! Bir də axı adamın üştündə video və ya səs yazan digər texniki vasitə ola bilər. Yeri gəlmişkən “direktor” Gülnarəyə məsləhhət: Məktəbin qapısında, aeroportlarda olan yoxlama aparatı qoyub, müəllimləri ordan keçirdsin, sonra keyfi istədiyi kimi, ağzına gələni danışsın, kimi lazımdır söysün, alçatsın və ... desin ki, “mənə nazir tapşırıb...”!? TEREF.az
Geri qayıt |