Əsas Səhifə > Cəmiyyət / Manşet > Kardiologiya IМ‡nstitutunda DIМ‡REKTOR ÖZBAşINALIğI
Kardiologiya IМ‡nstitutunda DIМ‡REKTOR ÖZBAşINALIğI19-02-2021, 10:13 |
![]() Elmi-Tədqiqat Kardiologiya IМ‡nstitutuna iki il əvvəl direktor təyin olunan Gülnaz Dadaşovanın bu səhiyyə müəssisəsini sÖzün tam mənasında darmadağın etdiyinə dair ciddi iddialar var. Yenicag.az xəbər verir ki, Gülnaz Dadaşova IМ‡nstituta Səhiyyə Nazirliyinin xətti ilə təyinat alsa da, TƏBIМ‡B yaranandan sonra qurum Ramin Bayramlının tabeliyinə kecМ§ib. IМ‡nstitutda olan əməkdaşımızın müşahidələrinə görə, Operativ Qərargahın pandemiya dÖvrü ücМ§ün müəyyənləşdirdiyi sosial məsafə və digər qoruyucu qaydalara məhəl qoyulmur. Əməkdaşların hamısını 1-ci mərtəbəyə yerləşdirən direktorun bu addımı həkimlərin cМ§oxunun COVID-19-a yoluxması ilə nəticələnib. Eyni zamanda, Dadaşova uzun müddət IМ‡nstitutda cМ§alışan təcrübəli həkimləri bezdirərək, onların “Öz xoşları ilə ərizə yazıb işdən cМ§ıxmaları” ücМ§ün əlindən gələni etdiyi də vurğulanır. Əvəzində isə ona “aylıq haqq” formasında “peşkəş”lər verən gənc və təcrübəsiz həkimləri ən yaxşı kabinetlərdə əyləşdirərək, bu sahədə can qoyan gÖrkəmli alimləri ucМ§ub-tÖkülən otaqlarda cМ§ürütdüyü iddia olunur. Nə qədər təəccüblü və acınacaqlı olsa da, Dadaşova xüsusilə Özünün elmi rəhbəri olan tibb elmləri doktoru Rufulla Abdullayevə münasibətdə belə aşırı kobudluqdan cМ§əkinmir. Hətta doktorluq dissertasiyasının qəbulunda belə müstəsna rol oynayan Rufulla Abdullayev qurulmasında xidmətləri olduğu institut binasından çıxarılaraq, “poliklinika” adlandırılan “quş damı”na sürgün edilib. Bu da təsadüfi deyil. Çünki Gülnaz Dadaşova rəhbəri olduğu IМ‡nstitutda yaşlı və təcrübəli mütəxəssislərə qarşı “XacМ§ yürüşü” elan edib. O baxımdan, “Biz buranı pensionerlərdən təmizləyəcəyik”, “Pensionerər Ölüb bitsəydi, canımız qurtarardı” kimi “arzular” Dadaşovanın dilində “işlək” şüarlara cМ§evrilib. Direktorun nəinki postsovet məkanında, hətta dünya miqyasında nüfuzlu alim kimi qəbul edilən həkimlərdən can qurtarmaq ücМ§ün bütün vasitələri məqbul saymaqda olduğu bildirilir. Eyni zamanda, təsərrüfat işləri ilə maraqlanmağa vaxt tapmayan Dadaşovanın rəhbəri olduğu IМ‡nstitut ucМ§ub-dağılır. Sadəcə kosmetik dəyişikliklərlə göz boyanır. IМ‡nstitutdakı dÖzülməz şərait oranın təyinatı ilə bağlı əsaslı şübhə yaradır. Lakin bu reputasiya Dadaşovanı əsla qayğılandırmır. CМ§ünki onun bacardığı ən yaxşı iş həkimləri “aylıq peşkəş”lə cəzalandırmaq, təcrbəli həkimləri isə bezdirib uzaqlaşdırmaqdır… Elmi-Tədqiqat Kardiologiya IМ‡nstitutundan səslənən iddialarla bağlı cavab almaq istəsək də, təəssüf ki, telefonlarımıza baxan olmadı. Ancaq istənilən halda yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |