Əsas Səhifə > Cəmiyyət / Manşet > "Başsız" qalan icra hakimiyyətləri, boş qalan deputat yerləri...

"Başsız" qalan icra hakimiyyətləri, boş qalan deputat yerləri...


28-04-2021, 10:58
"Başsız" qalan icra hakimiyyətləri, boş qalan deputat yerləri...
İcra hakimiyyəti başçılarının həbs olunması, tutduğu vəzifədən azad edilməsi bəzi rayonları "başsız" qoyub.

Bundan əlavə, hazırda Milli Məclisdə də 5 boş yer var. 2 gün əvvəl isə şəmkir rayon IМ‡cra Hakimiyyətinin başcМ§ısı Alimpaşa Məmmədovun həbs xəbəri yayılıb. Bu xəbərdən sonra o, Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.

Bundan əvvəl DÖvlət Təhlükəsizlik Xidmətinin (DTX) kecМ§irdiyi əməliyyatlarla Ağstafa rayon IМ‡cra Hakimiyyətinin başcМ§ısı Nizaməddin Quliyev, NeftcМ§ala rayon IМ‡cra Hakimiyyətinin başcМ§ısı IМ‡smayıl Vəliyev, Biləsuvar rayon IМ‡cra Hakimiyyətinin başcМ§ısı Mahir Quliyev, Yevlax rayon IМ‡cra Hakimiyyətinin sabiq başcМ§ısı Qoca Səmədov, IМ‡mişli rayon IМ‡cra Hakimiyyətinin başcМ§ısı Vilyam Hacıyev, Cəlilabad rayon IМ‡cra Hakimiyyətinin başcМ§ısı Namiq Zeynalov və Kürdəmir Rayon IМ‡cra Hakimiyyətinin başcМ§ısı Ceyhun Cəfərov həbs olunub.

Həbs olunan icra başcМ§ılarının bəzilərinin yerinə təyinatlar var. Amma hələ də bəzi rayonlarda bu yüksək posta təyinat olmayıb.

Hazırda 6 rayonda icra hakimiyyəti başçısı vəzifəsi boşdur. Bu rayonlara Bakının Nizami rayonu, Ağsu, Cəlilabad, GÖygÖl, Kürdəmir və şəmkir rayonları daxildir. Qeyd edək ki, Nizami rayonun sabiq başcМ§ısı Arif Qasımov və GÖygÖl rayon IМ‡cra Hakimiyyətinin başcМ§ısı Arif Seyidov həbs olunmayıb, onlar Ölkə başcМ§ısının sərəncamı ilə tutduqları vəzifədən azad ediliblər.

Ağsu rayon IМ‡cra Hakimiyyətinin sabiq başcМ§ısı Vahid Tağıyev isə Ötən ilin 27 noyabrında dünyasını dəyişib. Digər 3 rayon - Cəlilabad, Kürdəmir və şəmkirin sabiq icra başcМ§ıları hazırda həbsdədir və onlarla bağlı istintaq hərəkətləri davam edir.

Milli Məclisdə isə boş qalan 5 dairə - 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Seçki Dairəsi, 80 saylı İmişli-Beyləqan Seçki Dairəsi və 116 saylı Qəbələ Seçki Dairəsidir. Qeyd edək ki, 116 saylı Qəbələ Seçki Dairəsinin deputatı Fəttah Heydərov ötən ilin 4 avqustunda dünyasını dəyişib. Digər 4 dairə üzrə isə 9 fevralda keçirilən parlament seçkilərindən sonra nəticələr ləğv olunub. Parlamentin son plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibi təsdiqləndikdən dərhal sonra sosial şəbəkələrdə boş qalan dairələr üzrə seçkilərin keçiriləcəyi ilə bağlı mülahizələr irəli sürülür.

İddia olunur ki, MSK yenidən formalaşdıqdan sonra qısa zamanda Milli Məclisdə boş qalan yerlərə təkrar seçkilər keçiriləcək. Digər tərəfdən, bu ilin dövlət büdcəsində seçkilərin keçirilməsi üçün 20 milyon manat vəsaitin nəzərdə tutulması da parlamentdə boş qalan yerlərlə seçkilərin keçirilməsi ilə bağlı iddiaları gücləndirir.

Cebhe.info



Geri qayıt