Əsas Səhifə > Güney Press / Manşet / Araşdırma > MİDA-nın şübhəli TENDER ORTAĞI...
MİDA-nın şübhəli TENDER ORTAĞI...6-06-2022, 14:49 |
![]() Azərbaycanda dövlət tenderlərindən böyük vəsaitlər əldə edən daha bir şirkət aşkar edilib. DİA.AZ-ın məlumatına görə, FED.az xəbər verir ki, bu – В«ConcoВ» QSC-dir (VÖEN:1403054601). Sözügedən şirkət indiyə kimi iştirak etdiyi dövlət tenderlərində 50 milyon 598 min 694 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 12 tenderlə əldə edib – bir tenderin orta qiyməti 4 milyon manat. В«ConcoВ» QSC-nin əsas В«müştərisiВ» MİDA MMC olub. Şirkət 12 tenderdən 4-nü bu qurumdan udub – 33 milyon 474 min 680 manat. Bu isə ümumi tenderlərin 66 faizi deməkdir. ![]() ![]() ![]() DİA.AZ olaraq qeyd edək ki, В«ConcoВ» QSC ilə bağlı keçən günlərdə ilginc faktları təqdim etmişdik və bildirmişdik ki, araşdırmalarımız davam edir: Dövlət Şəhərsalma və Arxitektura Komitəsi pulları İlham Şıxseyidova ötürür... İndi isə yuxarıdakı faktlardan aydın olur ki, sən demə, В«ConcoВ» QSC-nin əsas qidlandırıcısı MİDA imiş... DİA.AZ xatırladır ki, “Conco” MMC təşkilati-hüquqi forması dəyişərək iki il əvvəl QSC-yə çevrildiyini elan edib. Bildirək ki, “Conco” QSC ilk əvvəl MMC formasında Azərbaycan tikinti sektorunda 2015-ci ilin mart ayından öz fəaliyyətinə başlayıb. Şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi İlham Şixseyidovdur. “Conco” şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, ev 81A, m. 1/2/3 ünvanında fəaliyyət göstərir. Faktlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |