Əsas Səhifə > Güney Press / Manşet / Üçüncü sektor > İcbari Tibbi Sığortanın göndəriş maВxinasiyası
İcbari Tibbi Sığortanın göndəriş maВxinasiyası28-11-2023, 16:43 |
![]() Məlumdur ki, ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olub tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. Azərbaycan vətəndaşının tibbi xidmətə ehtiyacı yarandığı halda TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə, yaxud da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmВi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək hüququna malikdirlВər. Qeyd edək ki, tibb müəssisələrində insanlara ixtisaslı həkimlər tərəfindən lazımı tibbi xidmət göstərilir və tibbi zərurət olduqda təminata alınan bütün laborator, diaqnostВik müayinələr, fizioterapiya, ambulator və stasionar (xəstəxanada yatış) tibbi xidmət ödənişsiz həyata keçirilir. Dövlətin rəsmi qərarında bu belə olduğu halda, İcbari Tibbi Sığorta xəstələrin müalicəsi mümkün olan, eyni zamanda xəstənin öz istədiyi dövlət xəstəxanalarına göndəriş vermir. Misal üçün deyə bilərik ki, bugünlərdə Beyləqan RMX-dan Həmidova Dürrü Şəmsəddin qızına Tibb UnВiversitetinin Tədris Cərrahiyyə Klinikasına göndəriş verməyiblər. Amma, İcbari Tibbi Sığortadan Dünyagöz KlВinikasına, Badama, Brizelə və digər özəl klinikalara göndəriş verirlər. Bu da onunla bağlı olur ki, həmin özəl klinikalВarda işləyən həkimləВrlə İcbari Tibbi Sığortada çalışanlar müəyyən işbirliyində olurlar. Hansı ki, mövcud qanunvericiliyə görə xəstə müalicə olunmaq istədiyi səhiyyə müəssisəsini seçməkdə sərbəstdir. Bütün bunlara baxmayaraq, bu gün də İcbari Tibbi Sığorta öz əməllərindən əl çəkmək istəmir. Qeyd edək ki, eyni aqibəti Ağacanova Səyyarə İsmayıl qızı da yaşayıb. Hansı ki, adı çəkilən bu xəstənin sağ gözü Tibb UnivВersitetinin Tədris Cərrahiyyə Klinikasının göz şöbəsində əməliyyat olunub, hal-hazırda sol gözü də əməliyyat olunmalıdır.Fakt budur ki, bu gün də xəstənin öz seçiminə bir kimsə əhəmiyyət vermir. Niyə, nə səbəbə? Söz yox ki, bütün bunların hər biri insanları düşündВürən məsələlərdir. Mənbə: GundemXeber.Az Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu) Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |