Əsas Səhifə > Güney Press, Partiya > Pənah Hüseynin maliyyəsi niyə kəsildi?
Pənah Hüseynin maliyyəsi niyə kəsildi?5-05-2025, 11:56 |
![]() Azərbaycan Xalq Partiyasına (AXP) dövlət tərəfindən ayrılan maliyyə vəsaiti kəsilib. Bu barədə Qaynarinfo-ya partiyanın sədri Pənah Hüseyn məlumat verib. Sədr bunun səbəbini təqdim edilən maliyyə hesabatında müəyyən uyğunsuzluqların olması ilə əsaslandırıldığını bildirib: "Biz onsuz da həmişə maliyyəsiz olmuşuq. 3-5 ay maliyyə almaqla bir şey dəyişməyib. Ayda hardasa bir neçə yüz manatdan söhbət gedir. Sözün düzü, onun da baş ağrısı faydasından daha çoxdur". Geri qayıt |