Əsas Səhifə > Güney Press > "Eldar, bu iş sənlik deyil, çıx get"
"Eldar, bu iş sənlik deyil, çıx get"Dünən, 12:00 |
![]() Xəbər verdiyimiz kimi, Azərbaycanı "Avroviziya" mahnı müsabiqəsində təmsil edən "Mamagama" qrupu yenə finala keçə bilməyib. Axşam.az-ın məlumatına görə, Azərbaycanda "Avroviziya" çərçivəsində musiqi prodüseri vəzifəsini icra edən Eldar Qasımov tənqid edilib. Sosial şəbəkədə Eldarın paylaşımlarına yüzlərlə şərhlər yazılıb. İstifadəçilərin böyük hissəsi onun bu postu tərk etməsini yazıb. "Bəlkə postunuzu artıq uğurlu olacaq birinə təhvil verəsiz?", "Nə olar, bu postu təhvil ver, sən bacarmırsan, Eldar", "Təxmini nə vaxt gedərsən? Bir səhv iş oldu qalib oldun, oturmusan ömrümüzə. 3 ildir finala çıxa bilmirik, bu nə rəzillikdir? Sənlik deyil də bu iş", "Hamı Eldarı yıxıb sürüyür, görəsən həqiqətənmi Eldar seçimləri müəyyən edir? Əgər elədirsə, məncə milli seçimlərdə dəyişiklik olunmalıdır, təcili. Dövlət sirri kimi gizli keçirtmək lazım deyil, xalqa açıq şəkildə, ölkənin seçimi olmalıdır. Əks halda, hər il bu şəkildə biabır oluruq. Final həyəcanını da sayənizdə yaşaya bilmirik", "Mən 3 ildir gəlib bura "istefa ver" deməkdən yoruldum, sən "istefa" verməməkdən yorulmadın. İstefa ver, Eldar" deyə, ifaçının paylaşımına yazılıb. Qeyd edək ki, 2023-cü ildə ölkəmizi təmsil edən Turan və Tural qardaşları, 2024-cü ildə İlkin Dövlətov və Fahree də finala vəsiqə qazana bilməmişdilər. "Mamagama" “Run with you” mahnısı ilə bu il ölkəmizi yarışmada təmsil edib. Geri qayıt |