Əsas Səhifə > Güney Press > Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaqBu gün, 05:44 |
![]() ABŞ ordusunun yaranmasının 250 illiyi münasibətilə iyunun 14-də Vaşinqtonda hərbi parad keçiriləcək. Teleqraf ABŞ mətbuatına istinadən xəbər verir ki, paradda 6000-dən çox hərbçi, 25 “Abrams” tankı, piyadalar üçün maşınlar, helikopterlər iştirak edəcək. Hərbi paradın 25-45 milyon ABŞ dollarına başa gələcəyi gözlənilir. Qeyd edək ki, ABŞ ordusunun yaranma gününün qeyd olunduğu 14 iyun tarixi həm də hazırkı dövlət başçısı Donald Trampın ad günüdür. Geri qayıt |