Əsas Səhifə > Güney Press > ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyirBu gün, 06:45 |
![]() ABŞ Ədliyyə Nazirliyi qaçaqmalçılıq ittihamı ilə həbs edilən rusiyalı alim Kseniya Petrovanın ABŞ-dan Rusiyaya deportasiya edilməsini israr edir. Teleqraf xəbər verir ki, bu barədə "ABC News" telekanalı Amerika departamentinin nümayəndələrinin məhkəmədəki ifadələrinə istinadən məlumat yayıb . Məhkəmə iclası zamanı Ədliyyə Nazirliyinin nümayəndələri qadının Rusiya Federasiyasına deportasiya edilməsini xahiş ediblər. Qeyd edək ki, Rusiyalı alim Kseniya Petrova ABŞ-də qurbağa embrionlarının qaçaqmalçılığına görə həbs edilib. Rusiyalı alim Parisdən qayıdarkən Boston hava limanında saxlanılıb. O, Luizianadakı immiqrasiya mərkəzinə yerləşdirilib. Geri qayıt |