Əsas Səhifə > Güney Press > Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı

Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı


Bu gün, 09:36
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı
Sumqayıt Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Anar Kərimlinin (soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Anar Kərimli 2021-ci ilin sentyabr ayından 02 mart 2022-ci il tarixədək olan müddət ərzində zərərçəkmiş Mahir Əsədova (şərti) məxsus Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən fermada mühafizəçi kimi işləyib. O, çalışdığı müddət zamanı ümumilikdə 73 100 manat dəyərində oğurluq edib, o cümlədən 3 300 manat dəyərində 22 baş qoyunu, 2 200 manat dəyərində olan 1 baş inək və inəyin 6 aylıq balasını, 60 000 manat dəyərində olan 15 000 ədəd farel balığını, 7 500 manat dəyərində olan 5 ədəd havalandırıcı mühərriki və 4 ədəd balıqlara su vermək üçün nəzərdə tutulmuş mühərriki gizli olaraq talayıb.

Qeyd: Zərərçəkmiş Mahir Əsədov şirkətlərin birində direktor müavini vəzifəsində çalışıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Geri qayıt