Əsas Səhifə > Güney Press > Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara

Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara


Dünən, 11:05
Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara
Bakıda özünü iş adamı və Asiya ölkələrindən, eləcə də Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edib dələduzluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.

APA xəbər verir ki tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 34 yaşlı Azər Şirvanzadə Xətai RPİ-də barəsində başlanan cinayət işi üzrə məsuliyyətə cəlb edilib.

A.Şirvanzadə özünü müxtəlif şirkətlərin direktoru kimi təqdim etməklə icarəyə götürdüyü avtomobilləri lizinq yolu ilə satan və xaricdən avtomobil gətirmək vədi ilə 19 vətəndaşın 300 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Onun digər dələduzluq əməlləri istisna edilmir, barəsində həbs qətimkan tədbiri seçilməklə istintaq hərəkətləri davam etdirilir.

Geri qayıt