Əsas Səhifə > Güney Press > İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik

İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik


Dünən, 11:22
İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik
İran Azərbaycanla qardaşlıq və bərabərlik istəyir.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian mayın 15-də ölkəsinin Kermanşah əyalətində investorlarla görüşdə bildirib.

O, ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanında verdiyi bəyanata istinad edərək deyib:

“Biz ölkə daxilində və qonşularımızla münasibətlərdə sülh, əmin-amanlıq istəyirik. Azərbaycan, Rusiya, Əfqanıstan, Pakistan, İraq və Səudiyyə Ərəbistanı ilə qardaşlıq və bərabərlik istəyirik”.

Geri qayıt