Əsas Səhifə > Güney Press > Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN!
Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN!Bu gün, 12:00 |
![]() Elektronika məhsulları satan mağazaların “qızıl zəmanət” kimi yalanlarına aldanmayın. Bu, alıcıdan pul qoparmaq üçün bir tələdir. Əgər mağaza məsləhətçisi sizə israrla hansısa məhsulu tərifləyirsə, mümkün qədər o məhsuldan, markadan uzaq olun. Belə şəbəkə mağazalar alınmayan məhsulları satmaq üçün bu yola əl atırlar. Bu sözləri Tribunainfo.az-a elektronika məhsulları üzrə mütəxəssis İlkin Məmmədkərimov Azərbaycanda məşhur olan şəbəkə mağazalarının alıcıları aldatma yollarından danışarkən deyib. O bildirib ki, elektronika məhsulları satan şəbəkə mağazalarının məqsədi məhsulu satmaq, pul qazanmaqdır. Onları istehlakçının aldadılması, məhsulun yararsız çıxması maraqlandırmır: “Elektronika şirkətlərinin “Bürünc zəmanət”, “Gümüş zəmanət, “Qızıl zəmanət” kimi absurd oyunları var. Bunlar müştəridən əlavə pul qazanmaq üçün tələdir. Yəni “Qızıl zəmanət”li məhsulu da yenisi ilə əvəz etmirlər, dəyişmirlər, qaytarmırlar. Mağaza məhsula servisdə cızıq atıb, sizin tərəfinizdən zədələnmiş kimi göstərə də bilər, xaticdən müdaxilə kimi rəy də verib sizə qaytara bilərlər. Bu cür zəmanət yalanlarına inanmayın. Onsuz da zəmanət olsa belə məhsulunuzu dəyişməyəcəklər”. Mütəxəssis bildirib ki, satış məsləhətçiləri bonus məhsul seçərkən satış məsləhətçisini qətiyyən dinləməyin: “Çünki adətən brendlər öz məhsulunu satmaq üçün satış məsləhətçisinə daha çox bonus verir ki, satış məsləhətçiləri də o brendin məhsulunu satmaqda maraqlı olurlar. Yəni satıcını özünün qazancı maraqlandırır, sizin doğru seçim etməyiniz yoxdu. ırlar ona görədə məhsul alarkən heç vaxt satış məsləhətçilərindən məsləhət almayın”. İ.Məmmədkərimovun sözlərinə görə, bir çox elektronika mağazalar şəbəkəsi sifarişlə Çində müxtəlif adlarda məhsullar, telefon, planşetlər hazırlatdırır ki, o məhsullardan heç yerdə satılmır: “Məsələn, “Kontakt Home”un “Hoffman”, “Soliton” şirkətinin “Riffel” adı altında satdığı məhsullar var ki, bu brendlər dünyada mövcud deyil. Bunlar elektronika şirkətlərinin şəxsi markalarıdır. Bütün elektronika şirkətlərində bu cür məhsullar var. Bizdə bu sahədə o dərəcədə boşluqdur ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Palatası belə elektronika şirkətləri ilə bacara bilmir”. Yazıda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |