Əsas Səhifə > Güney Press > “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb

“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb


Dünən, 15:17
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Son bir ildə Azərbaycanda təqaüd alan “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı 1,9% və ya 90 nəfər azalıb.
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, son bir ildə “Xalq” fəxri adı daşıyanların sayı 7 nəfər, “Əməkdar” fəxri adı daşıyanların sayı isə 83 nəfər azalıb.
Bu ilin aprel ayının əvvəlinə olan sonuncu məlumata görə, Azərbaycanda 247 nəfər “Xalq”, 4 495 nəfər isə “Əməkdar” fəxri adına görə təqaüd alır.
Onu da bildirək ki, “Xalq” və “Əməkdar” fəxri adı daşıyan şəxslərə verilən təqaüdün məbləği son bir ildə dəyişməyib. “Xalq” fəxri adı daşıyanlara ayda 200 manat, “Əməkdar” fəxri adı daşıyanlara isə ayda 150 manat təqaüd verilib.

Geri qayıt