Əsas Səhifə > Güney Press > “Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...”
“Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...”Dünən, 14:00 |
![]() “Ermənistandakı revanşistlər nə qədər fəallaşsa da, onların sosial bazası olmadığından hakimiyyətə gəlmək şansları da yoxdur. Bu gün Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında, gücündə deyil. Onlardan sadəcə Paşinyana qarşı bir təzyiq vasitəsi kimi istifadə oluna bilər, ona qarşı hansısa təxribatlar törədə bilərlər. Ondan yuxarı gedə bilməzlər, buna imkanları da yoxdur. Odur ki, Rusiya Paşinyandan istifadə etməyə çalışır. Bir sözlə, Ermənistanda hansısa revanşistlıərin hakimiyyətə gəlmək variantı yoxdur”. Bu fikirləri Moderator.az-a açıqlamasında AzVP sədri Akif Nağı “Rusiyanın Ermənistanda Paşinyanı devirərək yenidən Köçəryan-Sərkisyan tipli revanşistləri hakimiyyətə gətirmək imkanı varmı?” sualını cavablandırarkən ifadə edib. “Eyni zamanda Balasanyan, Şahramanyan, Babayan kimilər İrəvanda müəyyən gedişlər etməklə, Putinə müraciət yollamaqla bir növ öz varlıqlarını göstərməyə çalışır, həm də öz aləmlərində Moskvanı fəallaşdırmağa çalışırlar ki, Kreml yenidən Ermənistanı nəzarətə götürsün. Təbii ki, Rusiya özü də o çağırışları təşkil edə bilər ki, Qarabağdan köçmüş ermənilər müraciət etsinlər və Moskva da bundan istifadə edərək gələcəkdə onları geri qaytarmaq üçün addımlar atsın. Amma o da var ki, Rusiya özü hələ Ukrayna bataqlığından çıxa bilmir. Və belə bir vəziyyətdə rusların burada hansısa hərbi əməliyyatlar təşkil etməsi mümkün deyil. Bu, qeyri-mümkündür. Bundan ötrü resursları, imkanları yoxdur. Digər tərəfdən, öncə dediyim kimi, Azərbaycan özü də güclüdür. Və Azərbaycan-Türkiyə tandemi o dərəcədə güclüdür ki, regionda bu birlıyə qalib gələ biləcək heç bir qüvvə yoxdur”, - deyə davamında partiya sədri vurğulayıb. Geri qayıt |