Əsas Səhifə > Güney Press > Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI

Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI


Bu gün, 11:33

Rusiyada adam oğurlayan azərbaycanlılar saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Moskva vilayətinin Podols şəhəri, Bolşaya Serpuxovskaya qəsəbəsində baş verib. Naməlum şəxslər günorta saatlarında evinin yaxınlığında 34 yaşlı Vladimiri “Hyundai Solaris”ə zorla mindirərək, qollarını qandallayıb və başına bir neçə zərbə endiriblər. Onlar Vladimiri tapança ilə hədə-qorxu gələrək 5 milyon rubl tələb ediblər.

Vladimir və onu qaçıranların olduğu maşın təxminən bir saat sonra Borodino kəndinə çatıb. Fürsətdən istifadə edən zərərçəkən qapını aça bilib və yola yıxılıb. Xoşbəxtlikdən bu an yoldan polis maşını keçirmiş. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli hal olduğunu tez başa düşüblər. Vladimir azad edilib və onu qaçıranlar saxlanılıb.

Məlumata görə, cinayətkarların iki Azərbaycan vətəndaşı (aşpaz və kuryer) və Rusiya vətəndaşı olan sahibkar olduğu üzə çıxıb. Onlara qarşı adam oğurluğu maddəsi ilə iş açılıb. Təqsirləndirilən şəxsləri 12 ilə qədər həbs gözləyir.


Geri qayıt