Əsas Səhifə > Güney Press > Bakı bunu tələb edir
Bakı bunu tələb edirBu gün, 12:18 |
Bəzi mənbələrə görə, sülh müqaviləsinin mətnində Ermənistan ərazisində heç bir başqa dövlətin hərbi bazasının olmayacağı ilə bağlı ifadə var. Bu o deməkdir ki, dövlətlərarası müqavilə imzalanandan sonra Rusiya 102-ci hərbi bazasını Ermənistandan çıxarılmalı olacaq. Axar.az xəbər verir ki, belə bir iddia ilə Ermənistanın “Hraparak” nəşri çıxış edib. “Saziş layihəsində belə bir müddəa Rusiya hakimiyyətinin ciddi narazılığına səbəb olub. Mayın 9-da Moskvada Baş nazir Paşinyanın soyuq qarşılanması, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşün olmaması yəqin ki, bununla izah olunur. Halbuki Vladimir Putin həmin gün tədbirə qatılan əksər dövlət başçıları ilə ayrı-ayrılıqda görüşlər keçirmişdi”, - məlumatda bildirilib. Həmçinin xatırladılıb ki, Gümrüdəki baza 1995-ci ildə hökumətlərarası razılaşma əsasında formalaşıb, 2010-cu ildə Rusiya Prezidenti Dmitri Medvedyevin Ermənistana səfəri zamanı müqavilənin müddəti 2044-cü ilə qədər uzadılıb. Geri qayıt |