Əsas Səhifə > Güney Press / Partiya > “Çaldıranın bütün səbəbkarlarına LƏNƏT HEYKƏLİ qoyulmalıdır!..”
“Çaldıranın bütün səbəbkarlarına LƏNƏT HEYKƏLİ qoyulmalıdır!..”Bu gün, 05:49 |
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 1514-cü il tarixində Osmanlı və Səfəvi dövlətləri arasında baş vermiş Çaldıran döyüşü haqdakı dünənki açıqlamaları Azərbaycanda da etiraz dalğası yaradıb Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Türkiyə liderinin bu bəyanatı haqdakı fikirlərini “Facebook” səhifəsində açıqlayıb. Partiya sədri eyni fikirləri Moderator.az-a açıqlamasında da ifadə edib və həmin mətnin ictimailəşdirilməsini xahiş edib. Siyasətçinin açıqlamasını olduğu kimi nəzərinizə çatdırırıq: “Sayın, Rəcəb Tayyib Ərdoğan! Hörmətli Cümhur başqanımız! Qarabağın bir qərinəlik işğaldan azad olunması yolunda tarixi xidmətinizin əvəzi ödənilməz!!! ÖDƏNİLMƏDİMİ?!? ... Sayın, R.T Ərdoğan! Çaldıran indiyə qədər, hər kəsi çıldırmışdı, Sizdən başqa... Çaldırana gedən yolun yolçuları - yazılan məktublardır. Bu məktublar, tarixin möhürləridir! Avropa mənbələri, salnamələr məqsədli bir təfərrüatlardır... Dünya ağalığı, cahangirliyi uğrunda savaşan qardaşların qalibi olmur, zəfər olmur, yağmalanma olur... Osmanlı - Səfəvi münasibətləri dünya siyasətinin tərkib hissəsi idi. Orta əsrlərin səlib yürüşlərinin müəllifləri - TURK və İNSANLIQ düşmənləri, bu gün də, öz işlərindədir. Hirsə, hikkəyə, təhqirə, ağılsızlığa zəfər yaraşmır. Çaldıranın bütün səbəbkarlarına - LƏNƏT HEYKƏLİ qoyulmalıdır! Səfəvi dövlətinin dili - TÜRK dili idi! Müəllifi olduğunuz "ŞUŞA BƏYANNAMƏSİ"nin yerinə yetirilməsi məsuliyyətini SƏFƏVİ Dövləti daşımır. Şuşada, TDT tədbirini futbol izləmək ilə əvəzləmək, "TÜRKLÜYƏ XİDMƏT ÖDÜLÜ"nə layiqdir. Türk Cümhuriyyətlərinin, KKTC - ni öz ucuz qiymətlərinə yunanlara satmaları, deyəsən, Sizi sevindirmisdi... TERRORSUZ TÜRKİYƏ üçün, TDT bünövrəsinə gec partlayan mina qoymaq kimin ideyasıdır? Türk - kürd - ərəb birliyi Sizin icadınız.., muzdlu əsgərin, yağmalamağa gedənin milli mənsubiyyəti olmur. TÜRKƏ qarşı ərəb, kürd birliyi yeni deyil, nə əcəb, yunan və ermənini əlavə etmədiniz? Çaldıranı hər hansı bir zəfərlə müqayisə etmək, çıldırmaq, eşidənləri cıldırtmaqdır. Sayın Rəcəb Tayyib Ərdoğan! Laçını çox sevirsiniz, Zəfər Paradı zamanı bayatı da dediniz. O nə idi, Laçının işğal günü ərəfəsində - dünən (17.05.2025.) dediyiniz nə idi? Yanlışlardan biri də, 20 Yanvar 1990-cı ildə olmuşdu... Yanaşmam kimsəyə xeyir olmasa da, özümə ziyandır. UCA TÜRK MİLLƏTİMƏ SAYGILARIMLA.
Mirmahmud Mirəlioğlu, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri "DİA-AZ" Geri qayıt |