Əsas Səhifə > Güney Press > 2024-cü il büdcəsinin icrası haqqında sənəd parlamentə daxil olub
2024-cü il büdcəsinin icrası haqqında sənəd parlamentə daxil olubBu gün, 10:08 |
"Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. Modern.az-ın əldə etdiyi məlumata görə, yaxın vaxtlarda layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Komitədə müzakirə edildikdən sonra layihə plenar iclasa tövsiyyə ediləcək. Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə görə, Milli Məclis dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət edir. Xatırladaq ki, 2024-cü ildə dövlət büdcəsinin gəlirləri 37164,2 milyon manat, xərcləri 37719,7 milyon manat olub. Geri qayıt |