
Azərbaycanda kreditlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Şahbuz rayonunda qeydə alınıb. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu rayonda kreditlər üzrə orta faiz dərəcəsi 22,6% olub. Ən aşağı faiz dərəcəsi isə Şuşa şəhərində (6,1%) müşahidə olunub. Şuşadan sonra ən aşağı faiz dərəcəsi paytaxt Bakıda qeydə alınıb – 12,1%. Verilən kreditlərin böyük əksəriyyəti Bakı şəhərinin payına düşdüyü üçün ölkə üzrə ümumi kredit faizləri regionlarla müqayisədə aşağı (13,4%) olub. Azərbaycanın ayrı-ayrı şəhər və rayonlarında kreditlər üzrə orta faiz dərəcəsi aşağıdakı kimi olub: Şahbuz – 22,6 % Ordubad – 22,5 % Sədərək – 22,4 % Cəbrayıl – 22 % Kəngərli – 22 % Babək – 21,7 % Culfa – 21,7 % Şərur – 21,9 % Salyan – 21,3 % Zəngilan – 21,3 % Ağdam – 21,2 % Ucar – 20,4 % Hacıqabul – 20,4 % Cəlilabad – 20,3 % Zərdab – 20,3 % Balakən – 20,3 % Füzuli – 20,3 % Samux – 20,2 % Qobustan – 20.1 % Biləsuvar – 20,1 % Kürdəmir – 20,1 % Gədəbəy – 19,9 % İsmayıllı – 19,9 % Ağsu – 19,8 % Yardımlı – 19,8 % Naftalan – 19,6 % Saatlı – 19,6 % Bərdə – 19,5 % Ağstafa – 19,5 % Şəki – 19,5 % Astara – 19,4 % Oğuz – 19,4 % Xankəndi – 19,4 % Laçın – 19,3 % Sabirabad – 19,3 % Tərtər – 19,3 % Şəmkir – 19,3 % İmişli – 19,2 % Beyləqan – 19,2 % Tovuz – 19 % Xızı – 19 % Lerik – 18,6 % Daşkəsən – 18,6 % Şamaxı – 18,6 % Qəbələ – 18,6 % Göygöl – 18,7 % Xaçmaz – 18,7 % Lənkəran – 18,7 % Ağcabədi – 18,7 % Qax – 18,8 % Masallı – 18,8 % Ağdaş – 18,4 % Abşeron – 18,3 % Yevlax – 17,8 % Siyəzən – 17,5 % Mingəçevir – 17,3 % Şirvan – 17,3 % Qazax – 17,2 % Quba – 16,9 % Şabran – 16,9 % Gəncə – 16,7 % Neftçala – 16,6 % Qusar – 16,2 % Sumqayıt – 15 % Xocalı – 14,5 % Zaqatala – 14,6 % Qubadlı – 14 % Naxçıvan – 13,7 % Kəlbəcər – 12,3 % Bakı – 12,1 % Şuşa – 6,1 %
Geri qayıt
|