Əsas Səhifə > Güney Press > Saatlıda ƏMƏLİYYAT: Polis Əbəlfəzi həbs etdi

Saatlıda ƏMƏLİYYAT: Polis Əbəlfəzi həbs etdi


19-05-2025, 16:22

Saatlıda əməliyyat keçirilib.

Lent.az xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə Dəllər kənd sakini Əbəlfəz Musayev saxlanılıb.

Adıçəkilən şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı həyətdə olan yarımtikilidən 5 kiloqramdan artıq marixuana götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.


Geri qayıt