Əsas Səhifə > Güney Press > Məhkəmə oğlunu döyən, arvadına əzab verən şəxslə bağlı
Məhkəmə oğlunu döyən, arvadına əzab verən şəxslə bağlıBu gün, 09:32 |
Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada, əzab vermədə və zorlamada təqsirləndirilən İlqar Qafarovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. İttihama görə, İlqar Qafarov 15 sentyabr 2023-cü il tarixdə, təxminən saat 13 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonunda yerləşən evdə olarkən mübahisə zamanı oğlu, 2013-cü il təvəllüdlü N.N.-i (ad, soyadı şərtidir) qəsdən vuraraq ona qəsdən sağlamlığına yüngül zərər yetirib. Bundan başqa, təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonunda yerləşən evdə 2023-cü ilin sentyabr, oktyabr və noyabr aylarında müxtəlif vaxtlarda boşandığı arvadı, zərərçəkmiş M.M.-i (ad, soyadı şərtidir) mütəmadi olaraq döyüb və ya sair zorakı hərəkətlər edib. O, qadına güclü fiziki ağrı və ya psixi iztirablar, əzab verib. Həmçinin İlqar 21 noyabr 2023-cü il tarixdə, təxminən saat 09 radələrində yaşadığı evdə qadının əllərindən, ayaqlarından və bədənindən tutub yapışmaqla, müqavimətini zəiflədərək ayrı-ayrılıqda sağlamlığa xəsarətləri yetirib, eyni zamanda zor tətbiq etməklə zərərçəkmişlə ilə cinsi əlaqədə olub, yəni zorlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Geri qayıt |