Əsas Səhifə > Güney Press > İrəvanda 2 saatlıq TELEFASİLƏ

İrəvanda 2 saatlıq TELEFASİLƏ


Dünən, 12:14

İrəvanda bütün televiziya kanallarının yayımı 21 may saat 06:00-dan 08:00-a qədər dayandırılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ermənistanın Televiziya və Radio Yayımları Şəbəkəsi” məlumat yayıb.

Həmçinin 22-si və 23-ü saat 15:00-dan 16:00-dək radioyayımın dayandırılması nəzərdə tutulub.

Yayımın təmir-bərpa işlər səbəbindən dayandırılacağı açıqlanıb.

Məlumata görə, İrəvan teleqülləsinin metal konstruksiyalarının texniki vəziyyətinin yoxlanılması üçün planlaşdırılmış işlər aparılacaq.


Geri qayıt